Bir gündə 2 piyada qəzada ölüb

Bir gündə 2 piyada qəzada ölüb
  25 Aprel 2019    Oxunub:3115
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 24-də saat 15 radələrində Babək prospektində Qəbələ rayon sakini A.Amriyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oleq Voronovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa aprelin 24-də saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini S.Əmirov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Mayis Babayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti