Hacıqabulda ana və oğlunu maşın vurub

Hacıqabulda ana və oğlunu maşın vurub
  25 Aprel 2019    Oxunub:1522
Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində kənd ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.

Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Hacıqabul   Qəza   Piyada  





Xəbər lenti