Evdən 7 minlik qızıl oğurlandı

Evdən 7 minlik qızıl oğurlandı
  25 Aprel 2019    Oxunub:1433
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, A.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti