Sərxoş baba 2 yaşlı nəvəsini yanan sobaya atıb

Sərxoş baba 2 yaşlı nəvəsini yanan sobaya atıb
  26 Aprel 2019    Oxunub:2345
Rusiyanın Omsk şəhərində 53 yaşlı kişi nəvəsini yanan sobanın içərisinə atıb.
Azvision.az -ın məlumatına görə, sərxoş halda olan baba "uşağın içinə şeytan girib" deyərək, onu öldürmək məqsədilə sobada yandırıb.

Həyat yoldaşı bunu görərək, dərhal qonşuları köməyə çağırıb. Azyaşlı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, uşağın bədəninin 50 faiz hissəsi yanıb, vəziyyəti kritikdir.

Hadisə zamanı uşağın anası işdə olub. Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb, barəsində cinayət işi açılıb.

Azvision.az



Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti