DYP reyd keçirdi: 300-ə yaxın sürücü saxlanılıb

   DYP reyd keçirdi:    300-ə yaxın sürücü saxlanılıb
  26 Aprel 2019    Oxunub:4371
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində reyd keçirilib
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.



Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və nəqliyyat vasitələrini texniki cəhətdən nasaz vəziyyətdə idarə edən şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.



Keçirilən tədbir zamanı 300-ə yaxın sürücü saxlanılıb, avtomobillərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Normadan artıq dəm qazı olan 25 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.



Bundan əlavə DYP-nin inspektorları sürücülərlə profilaktik söhbətlər apararaq, onlara idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin daima saz vəziyyətdə olmasına diqqət yetirməli və istismar qaydalarına riayət etmələrinin zəruriliyini bildiriblər. Analoji tədbirlər “Təmiz hava” aylığı çərçivəsində digər bölgələrdə də davam etdirilir.

Azvision.az


Teqlər: DYP   Reyd  





Xəbər lenti