Keçmiş məhkum saxta pulla tutuldu

Keçmiş məhkum saxta pulla tutuldu
  26 Aprel 2019    Oxunub:1827
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan N.Əsgərov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti