Avtobus azyaşlı qızı vuraraq öldürüb

Avtobus azyaşlı qızı vuraraq öldürüb
  26 Aprel 2019    Oxunub:1779
Aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti