Hövsanda ağır qəza, ölən və yaralılar var

  26 Aprel 2019    Oxunub : 857
Hövsanda ağır qəza, ölən və yaralılar var
Aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, xəsarət alan hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza