Bir ayda 5 maşından oğurluq etdi

Bir ayda 5 maşından oğurluq etdi
  26 Aprel 2019    Oxunub:2361
Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-dən aprelin 5-dək olan müddətdə rayon ərazisində 2 mağazadan, habelə 1 avtomobildən pul, sənəd, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini C.Abbasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nərimanov rayonu ərazisində daha 4 avtomobildən pul, mobil telefon və bank kartları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti