31 yaşlı qadın dağdan yıxılaraq ölüb

31 yaşlı qadın dağdan yıxılaraq ölüb
  26 Aprel 2019    Oxunub:2352
Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Göygöl rayonunda dağlıq ərazidə yüksəklikdən yıxılan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xaliq qızının meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri A.Yusifovanın meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Göygöl   Dağ  





Xəbər lenti