Silsilə oğurluq edən dəstə ələ keçdi

Silsilə oğurluq edən dəstə ələ keçdi
  27 Aprel 2019    Oxunub:2335
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Məmmədova məxsus avtomobildən 4700 manat pul oğurlamaqda şübhəli bilinən Məzrəli kənd sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş M.Fazilov və T.Fətəlizadə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, T.Fətəlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti