Prezident din xadimləri ilə görüşəcək

  29 Aprel 2019    Oxunub : 1249
 Prezident din xadimləri ilə görüşəcək
"Din xadimlərinin borcu xalqa həqiqəti çatdırmaqdır. Bəzi imamlarımız, axundlarımızla bağlı belə məsələlərdən xəbərdarıq və bu məsələyə yenidən qayıdacağıq".
Azvision.az -ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman dini abidələrin təmirinə xüsusi diqqət ayırıb.

"Prezident İlham Əliyev din xadimləri ilə görüşmək istəyirdi. Ehtimal ki, bu görüş orucluqdan sonra baş tutacaq. Bu gün ölkəmizdə dini vəhdət mövcuddur və Azərbaycandan başqa heç yerdə sünnilər və şiələrin bir yerdə namaz qılması halı yoxdur. Biz bunun qiymətini bilməliyik".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: QMİ