Bakıda mağazanı yaran şəxs saxlanılıb

Bakıda mağazanı yaran şəxs saxlanılıb
  29 Aprel 2019    Oxunub:1352
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti