Bakı sakini keçmiş məhkum yoldaşını öldürdü

 Bakı sakini keçmiş məhkum yoldaşını öldürdü
  29 Aprel 2019    Oxunub:1691
Bakıda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk edib.

S.Musayev aldığı xəsarətlərdən ölüb. Xəzər Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti