Göygöldə dəhşətli qəza: 8 nəfər ölüb
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova Azvision.az -a açıqlamasında bildirib ki, qəzada 8 nəfər dünyasını dəyişib. Ölənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.
Qeyd edək ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.
Aytən Zəhra
Azvision.az