Bakıda 29 nəfərin yaralandığı qəzanın təfərrüatları

 Bakıda 29 nəfərin yaralandığı qəzanın  təfərrüatları
  29 Aprel 2019    Oxunub:2281
Aprelin 27-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində - Bakı-Mərdəkan şossesində naməlum sürücü idarə etdiyi İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Kommunal Xidməti İdarəsinə məxsus “MAN” markalı yük avtomobilini qarşıda qəza dayanma işıqlarını yandırıb yolun kənarında saxlamış “Daewoo” markal 171 nömrəli xətt avtobusuna vurub və hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtobusun 29 sərnişini xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra onlardan 22 nəfəri buraxılıb.

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etmiş “MAN” markalı yük avtomobilinin sürücüsü - Bakı şəhər sakini, əvvəllər məhkum olmuş Rauf Dadaşov saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti