Saatlıda silsilə oğurluq edən dəstə tutuldu

  29 Aprel 2019    Oxunub : 652
Saatlıda silsilə oğurluq edən dəstə tutuldu
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan 1 baş inək və 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Saatlı şəhər sakinləri K.Zeynalov, S.İbrahimov və əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Şıxalıyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Sabirabad rayonu ərazisində bir həyətyanı sahədən su mühərriki, habelə M.Cəfərova məxsus 7 baş qoyunu oğurlamaları da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   Oğurluq