İki ailənin məhv olduğu qəza ilə bağlı rəsmi məlumat

  İki ailənin məhv olduğu qəza ilə bağlı    rəsmi məlumat
  30 Aprel 2019    Oxunub:1679
Daxili İşlər Nazirliyi (DİN) Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi məlumat yayıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 29-da saat 12 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakinləri Eldəniz Həsənovun idarə etdiyi “VAZ-2107” və Aslan Camalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və həmyerliləri olan sərnişinləri Nahidə Orucova, habelə A.Camalov və həmyerliləri olan sərnişinləri Həmid Bayramov hadisə yerində, eləcə də E.Həsənovun qızı Rübab və digər sərnişini Firəngiz Orucova, A.Camalovun oğlu Hüseyn və arvadı Sevinc Xamalova isə xəstəxanada ölüblər. E.Həsənovun digər sərnişini – arvadı Ruhiyyə Həsənova xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti