Bakı sakini qaçırdığı maşınla saxlanıldı

Bakı sakini qaçırdığı maşınla saxlanıldı
  01 May 2019    Oxunub:1561
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Abşeron rayon sakini A.Rüstəmov olduğu müəyyən edilib. ​Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti