Narkotik alverçisindən tüfəng və bıçaq götürülüb

Narkotik alverçisindən tüfəng və bıçaq götürülüb
  01 May 2019    Oxunub:1952
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ondan çəkisi 414 qram marixuana aşkar edilərək götürülüb.Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilib.

Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oradan narkotik vasitə olan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti