Oğrunun digər cinayətlərinin üstü açıldı

Oğrunun digər cinayətlərinin üstü açıldı
  01 May 2019    Oxunub:1685
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan E.Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-aprel aylarında bir yardımçı təsərrüfatdan 2 ev quşu, bir köşkdən 100 manat, üç evdən inşaat materialları, televizor və pul, iki həyətyanı sahədən qaz sayğacı və inşaat materialları oğurlaması da müəyyən edilib.


Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti