Ağstafada yanğın olub

Ağstafada yanğın olub
  02 May 2019    Oxunub:2223
Ağstafa rayonunun Poylu qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   FHN  





Xəbər lenti