Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
  02 May 2019    Oxunub:1584
Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulan və nəticədə hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Tərtər RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti