Bakıda daha bir narkotacir tutulub

Bakıda daha bir narkotacir tutulub
  02 May 2019    Oxunub:2349
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: Narkotacir   Marixuana  





Xəbər lenti