Ağcabədi sakini qonşusunun maşınını yandırıb

Ağcabədi sakini qonşusunun maşınını yandırıb
  02 May 2019    Oxunub:1946
Ağcabədidə həmkəndlisinin avtomobilini qəsdən yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 30-da Kəhrizli kəndi ərazisində R.Məhərrəmovun “Mercedes” markalı avtomobilini qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Kamran Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti