Gömrükdən narkotik keçirmək istədi
Baxış zamanı 3 ədəd bağlamada və 1 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 183 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə çəkisi 1,47 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə-metamfetamin və 1 ədəd bükümdə isə 6 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M 40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkar olunub.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon adlı preparat isə "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK