Bakıda 5 nəfər liftdə köməksiz qalıb

Bakıda 5 nəfər liftdə köməksiz qalıb
  02 May 2019    Oxunub:1365
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti