Maşın iki piyadanı vurdu, biri öldü

   Maşın iki piyadanı vurdu,    biri öldü
  02 May 2019    Oxunub:1983
Mayın 1-də saat 21 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Dadanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Nahid Əliyevi və Laçın rayon sakini Elşən Cəfərzadəni vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, E.Cəfərzadə xəstəxanaya yerləşdirilib. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti