8 maşından oğurluq edənlər tutuldu

  02 May 2019    Oxunub : 1108
8 maşından oğurluq edənlər tutuldu
Oğurluq etdiyinə görə tutulan M.Canızadənin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 23-dən aprelin 28-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan C.Abbasovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PŞ-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun martın 25-dən aprelin 3-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul, mobil telefon və ətir oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   Oğurluq