Türkiyə vətəndaşı qəza törətdi, ölən var

  02 May 2019    Oxunub : 1154
Türkiyə vətəndaşı qəza törətdi, ölən var
Aprel 30-da saat 22 radələrində Şərur rayonunun Dəmirçi kəndi ərazisində Türkiyə vətəndaşı K.Musa idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə qarşıda gedən kənd sakini Hüseyn Əhmədovun idarə etdiyi “Lada-21041” markalı avtomobili vurub.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən H.Əhmədov mayın 1-də orada ölüb. Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   qəza