25 yaşlı oğlan həmyerlisini bıçaqladı

25 yaşlı oğlan həmyerlisini bıçaqladı
  03 May 2019    Oxunub:1763
Aprelin 30-da Gəncə şəhər sakini 34 yaşlı Ramal Nəbiyevin hər iki sarğı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 25 yaşlı Etibar Hüseynov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, R. Nəbiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti