Piyadanı öldürüb qaçan sürücü tapıldı

  03 May 2019    Oxunub : 595
Piyadanı öldürüb qaçan sürücü tapıldı
Aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub və o, hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülən tədbirlərlə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İ.Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza