Qubada oğru iş başında yaxalandı

Qubada oğru iş başında yaxalandı
  03 May 2019    Oxunub:2006
Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq edən şəxs cinayət başında yaxalanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 2-də gecə saat 2 radələrində Quba şəhəri ərazisindəki bazarın yaxınlığında dayanan “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ədalət Süleymanov olduğu müəyyən edilib. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti