Göygöldə içərisində pul və qızıl olan seyf oğurlanıb

Göygöldə içərisində pul və qızıl olan seyf oğurlanıb
  03 May 2019    Oxunub:1636
Göygöldə evdən oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki evlərin birindən içərisində 980 manat və 9950 ABŞ dolları, habelə 10.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Dursunov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti