Sumqayıtda narkotacir tutulub

Sumqayıtda narkotacir tutulub
  03 May 2019    Oxunub:2691
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Asif İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.


Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti