Gömrükdə gizlədilən telefonlar aşkarlanıb

Gömrükdə gizlədilən telefonlar aşkarlanıb
  03 May 2019    Oxunub:2553
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin salonunda arxa oturacağın içərisində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Samsung Galaxy A50" sözləri yazılmış 4 ədəd mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti