Liftdə qalan 6 nəfər xilas edilib

Liftdə qalan 6 nəfər xilas edilib
  04 May 2019    Oxunub:1480
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti