Bələdiyyə sədri yol qəzasında öldü

   Bələdiyyə sədri yol qəzasında öldü
  04 May 2019    Oxunub:3181
Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, idarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb. Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Goranboy   Qəza   Bələdiyyə  





Xəbər lenti