Özünü 5-ci mərtəbədən ataraq intihar etdi

  Özünü 5-ci mərtəbədən ataraq intihar etdi
  05 May 2019    Oxunub:2223
Abşeron rayonunda gənc oğlan özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.
Hadisə Xırdalan şəhəri, Heydər Əliyev küçəsində baş verib. Belə ki, oğlan yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq hadisə yerindəcə ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölənin şəxsiyyəti hələ ki, müəyyənləşməyib, təxminən 20-25 yaşlarında olduğu bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. (ONA)

Azvision.az



Teqlər: Xırdalan   İntihar  





Xəbər lenti