Külli miqdarda psixotrop maddə aşkarlanıb

Külli miqdarda psixotrop maddə aşkarlanıb
  06 May 2019    Oxunub:1205
İrandan Azərbaycana külli miqdarda psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitənin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Yusubov Mahir Əbdülağa oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi, sellofan torbaların içərisində polietilenə bükülərək qablaşdırılmış bir ədəd bağlamada, xalis çəkisi 1028 qram olan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti