Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan talvarın taxta atmaları 80 m² sahədə, altına yığılan taxta taralar və 4 ədəd avtomobil təkəri yanıb. Talvarın və taraların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.