Cinayət törədən 43 nəfər saxlanılıb

   Cinayət törədən 43 nəfər saxlanılıb
  07 May 2019    Oxunub:1825
2019-cu il may ayının 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.


Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti