Evdən qızıl oğurlayan dəstə tutulub
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıb.
Araşdırmalarla onların 1730 manat dəyərində pul, 1 cüt qızıl sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN