14 maşından oğurluq edənlər tutuldu

14 maşından oğurluq edənlər tutuldu
  08 May 2019    Oxunub:1678
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də rayon ərazisində 3 avtomobildən pul, sənəd və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan E.Nəsrullayev saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini N.Abbasov saxlanılıb.

Bundan başqa Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-dən aprelin 27-dək olan müddətdə rayon ərazisindəki inzibati binaların birindən 2 ədəd kondisioner mühərriki, habelə 5 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Əsgərov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti