Beyləqanda ağır qəza, ölən və yaralılar var

  08 May 2019    Oxunub : 615
Beyləqanda ağır qəza, ölən və yaralılar var
Beyləqan rayonunda yol qəzası baş verib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölmüş, özü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza