Sabirabadda ailə faciəsi: Ata və oğlu öldü

Sabirabadda ailə faciəsi:  Ata və oğlu öldü
  09 May 2019    Oxunub:2882
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabirabad rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sahibəli oğlunun və 1955-ci il təvəllüdlü Nuhiyev Sahibəli Seyidəli oğlunun meyitini, müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənin üzvləridir.

Azvision.az



Teqlər: FHN   Sabirabad  





Xəbər lenti