Polis 7 maşından oğurluq edənləri saxladı

Polis 7 maşından oğurluq edənləri saxladı
  09 May 2019    Oxunub:1570
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Mehdiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aprelin 11-də N.Ağakişiyevə məxsus avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.İslamov saxlanılıb.

Bundan başqa mayın 1-də və 3-də Sumqayıt şəhəri ərazisində 2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunan O.Qorçiyev Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Axtarışda olduğuna görə tutulan Natiq Şahbazovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 3-də Bakı şəhər sakini M.Adinayevaya məxsus avtomobildən 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti