İbrahimov həmyerlisini bıçaqlayıb öldürdü

İbrahimov həmyerlisini bıçaqlayıb öldürdü
  09 May 2019    Oxunub:1897
Mayın 8-də Sumqayıt şəhərinin Sülh küçəsindən şəhər sakini Emin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən Sumqayıt sakini Ş.İbrahimov tutulub.

Azvision.az


Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti