Sumqayıtda maşından 14 min manat oğurlanıb

Sumqayıtda maşından 14 min manat oğurlanıb
  10 May 2019    Oxunub:1486
Sumqayıt şəhəri ərazisində avtomobildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də şəhər ərazisində “DAF” markalı avtomobildən 6170 manat və 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İnşaatçılar qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti