Qazaxda çörək sexi yanıb

Qazaxda çörək sexi yanıb
  11 May 2019    Oxunub:2417
Qazax rayonunun İkinci Şıxlı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 280 m² olan birmərtəbəli tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) plastikdən ibarət üzlüyü, tavanı və divarında quraşdırılan taxta piştaxtalar 150 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti